Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və
göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin
mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə ərazilərdə
qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə
nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq
stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa
da çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda göyərtənin aşağısı, kimyəvi maddə
daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi
hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın
həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.