Nokia 2700 classic - Səs əmrləri və səslə nömrə yığımı

background image

Səs əmrləri və səslə nömrə yığımı

Telefonunuzdan səs əmrini söyləyərək istifadə edin və Kontaktlarda saxlanılan adı

söyləyərək telefon zəngini edin.
Səs əmrləri və səslə nömrə yığımı dildən asılıdır. Səs tanınması bəzi dillərdə

dəstəklənmir. Dəstəklənən dillərə baxmaq üçün seçin Menyu > Parametrlər >

Telefon > Dil parametrləri > Səs tanınma dili. Tanınma dilini təyin etmək üçün

istədiyiniz dili seçin.

Qeyd: Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə

zamanı istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səslə nömrənin

yığılmasına etibar etməməlisiniz.
Telefonunuzun səs tanınmasını səsinizə öyrətmək üçün seçin Menyu > Parametrlər >

Telefon > Səsin tanınması > Səs tanınması təlimi.
Səs əmrini funksiya üçün aktivləşdirmək üçün Menyu > Parametrlər > Telefon >

Səsin tanınması > Səs əmrləri, xüsusiyyəti və funksiyanı seçin. səs əmrinin aktiv

olduğunu bildirir.
Səs əmrini aktivləşdirmək üçün seçin Əlavə et. Aktivləşdirilmiş səs əmrini səsləndirmək

üçün seçin Çal.
Səs əmrlərini idarə etmək üçün funksiyaya tərəf diyirləyin və seçin Seçim.
Səs əmrlərindən yaxud səslə nömrə yığımından gözləmə rejimində istifadə etmək üçün

sağ seçim düyməsini basıb saxlayın. Qısa ton səslənir və İndi danış göstərilir. Zəng

etmək istədiyiniz kontaktın adını yaxud əmri söyləyin. Səs tanınması uğurludursa, təklif

olunan uyğunluqların siyahısı əks olunur. Telefon siyahıdakı birinci uyğunluğun səs

əmrini səsləndirir. Əgər o düzgün əmr deyilsə, digər birisinə tərəf diyirləyin.