Elektron poçt
Elektron poçtu oxumaq, yazmaq və göndərmək üçün POP3 və ya İMAP4 elektron poçt
ünvanınıza telefonla keçid əldə edin. Bu elektron poçt proqramı SMS elektron poçt
funksiyasından fərqlidir.
Elektron poçtu istifadə etməzdən əvvəl, sizin elektron poçt ünvanınız və doğru
parametrləriniz olmalıdır. Sizin elektron poçt ünvanınızın mövcudluğu və parametrlərini
yoxlamaq üçün, e-poçt xidmət təminatçınızla əlaqə saxlayın. Siz elektron poçtun
konfiqurasiya parametrlərini konfiqurasiya mesajı şəklində qəbul edə bilərsiniz.