Musiqi pleyeri
Telefonunuza mahnılara və ya digər MP3-lərə və yaxud AAC formatında olan səs
fayllarına qula asmaq üçün musiqi pleyeri daxildir.
Xəbərdarlıq: Musiqiyə orta səs dərəcəsində qulaq asın. Davamlı yüksək səs
dərəcəsində qulaq asmaq sizin eşitmə qabiliyyətinizə mənfi təsir edə bilər. Mikrofon
istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək ola
bilər.
Media
© 2009 Nokia. Bütün hüquqlar qorunur
26
Seçin Menyu > Medya > Musiqi pleyeri.
İfa etməyə başlamaq və ya ara vermək üçün orta seçim düyməsini basın.
Cari mahnının əvvəlinə keçmək üçün sola diyirləyin.
Əvvəlki mahnıya keçmək üçün iki dəfə sola diyirləyin.
Növbəti mahnıya keçmək üçün sağa diyirləyin.
Treki arxaya yığmaq üçün sürüşdürmə düyməsini sıxıb saxlayın.
Sürətlə irəli yığmaq üçün sürüşdürmə düyməsini sıxıb saxlayın.
Səsi tənzimləmək üçün sürüşdürmə düyməsini yuxarı, aşağı çəkin.
Musiqi pleyerinin səsini kəsmək və ya açmaq üçün #. düyməsini basın.
Musiqi pleyerini fonda oxuyan vəziyyətdə saxlamaq üçün tamamlama düyməsini
basın. Musiqi pleyerini dayandırmaq üçün tamamlama düyməsini basıb saxlayın.