Nokia 2700 classic - Təkrar emal

background image

Təkrar emal

İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə

təyin edilən toplama nöqtəsinə qaytarın. Bu yolla siz tullantıların nəzarətsiz atılmasının

qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz. Daha ətraflı

məlumatı pərakəndə satıcıdan, tullantıların atılmasına nəzarət edən yerli orqanlardan,

milli istehsalçılara nəzarət təşkilatlarından və ya yerli Nokia nümayəndəliyindən əldə

edə bilərsiniz. Nokia məhsullarınızı necə təkrar emal etdirməli olduğunuz barədə

www.nokia.com/werecycle ünvanından və ya internetə mobil telefondan daxil

olmusunuzsa www.nokia.mobi/werecycle ünvanından məlumat əldə edə bilərsiniz.

Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya

qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik məhsullar, batareyalar

və akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb

Avropa İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə

tullantılarının arasına yerləşdirməyin. Ətraf mühitlə bağlı daha ətraflı məlumat üçün

məhsulun Eko-Deklarasiyalarına www.nokia.com/environment ünvanından baxın.