Nokia 2700 classic - Baxım və texniki qulluq

background image

Baxım və texniki qulluq

© 2009 Nokia. Bütün hüquqlar qorunur

32

background image

● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara

mane ola bilər.

● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici antenalardan istifadə edin. Qadağan

edilmiş antenaların, modifikasiyaların və ya aksessuarların istifadəsi sizin cihazı

zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına

səbəb ola bilər.

● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə saxlamaq istədiyiniz məlumatın

(əlaqələr və təqvim qeydləri kimi) ehtiyat nüsxəsini çıxarın.

● Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir, bunun üçün cihazı söndürün

və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin cihazınıza, batareyaya,

adapterə və ya hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün işləmədikdə

onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.