Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonunuzun icazəsiz istifadə olunmasına imkan vermir.
Qabaqcadan quraşdırılmış kod 12345 rəqəmlərindən ibarətdir. Siz kodu yaradıb və
onu dəyişə bilərsiniz, və telefonunuzu kod tələb etməyə quraşdıra bilərsiniz. Kodu
məxfi şəraitdə və telefonunuzdan aralı vəziyyətdə saxlayın. Əgər sizin kodunuz yaddan
çıxıb və telefonunuz blokirovka vəziyyətinə düşübsə, bu halda texniki xidmət və əlavə
xərclər tələb oluna bilər. Əlavə məlumat üçün Nokia-nın texniki xidmət mərkəzinə
(Nokia Care) və ya telefonu aldığınız satış məntəqəsinə müraciət edin.
SİM kartla birgə təmin olunan PİN kod kartınızın icazəsiz istifadə olunmasının qarşısını
alır. Bəzi SİM kartlarla birgə təmin olunan PİN2 kodu müəyyən xidmətlərə daxil olmaq
üçün tələb oluna bilər. Əgər PİN və ya PİN2 kodunu ardıcıl olaraq üç dəfə düzgün daxil
etməsəniz, bu halda sizdən PUK və ya PUK2 kodunu daxil etmək tələb olunacaq. Əgər
bu kodlar sizdə yoxdursa, bu halda xidmət təminatçınızla əlaqə saxlayın.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmli imza üçün imzalanan PİN tələb oluna bilər. Məhdudlaşdırma
parolu zəng məhdudiyyəti xidmətindən istifadə olunan zaman tələb olunur.
Telefonunuzun giriş kodlarını və təhlükəsizlik parametrlərini necə istifadə etməsini
qurmaq üçün seçin Menyu > Parametrlər > Təhlükə/-sizlik.