Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var.
Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün
şəbəkələrdə mövcud deyil; şəbəkə xidmətlərindən istifadə etməkdən öncə digər
şəbəkələr Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə bilər.
Şəbəkə xidmətlərindən istifadəyə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya
digər şəbəkələr üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün xidmət
provayderinizlə əlaqə saxlayın. Xidmət təminatçınız Sizə təlimatlar verə bilər və onun
tərəfindən hansı haqların tətbiq olunmasını izah edə bilər. Müəyyən şəbəkələrdə Sizin
şəbəkə xidmətindən istifadənizə təsir edə biləcək məhdudiyyətlər mövcud ola bilər.
Misal üçün, dildən asılı olmayan simvollar və xidmətlər müəyyən şəbəkələr tərəfindən
təmin edilməyə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən
funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazınız menyu adlarında, menyu ardıcıllığında və
təsvirlərdə dəyişiklər kimi xüsusi konfiqurasiyalara da malik ola bilər. Daha ətraflı
məlumat üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Bu cihaz TCP/IP protokollarına daxil olan WAP 2.0 protokollarını (HTTP və SSL)
dəstəkləyir. Bu cihazın multimedia mesajlaşma (MMS), İnternet səhifələrinin nəzərdən
keçirilməsi və elektron poçt proqramı kimi müəyyən funksiyaları bu texnologiyalar üçün
şəbəkə təminatını tələb edir.